|
Danimarkanın “Eurovisionâ€� Mahnı Müsabiqəsindəki nümayəndə heyəti mayın 13-də Azərbaycana yola düşəcək. “KƏLAMİNFOâ€� eurovision.az saytına istinadən xəbər verir ki, onlar Azərbaycanın tarixi barədə məlumat əldə edə bilmək üçün bir neçə ekskursiya da planlaşdırırlar. Danimarka təmsilçisi səfər ərəfəsində “Should've known betterâ€� adlı müsabiqə mahnısına yeni klip çəkilişlərinə başlayıb. Solunanın klipdəki əsas “tərəf-müqabilləriâ€� Harald adlı at və çox qədim və yaşlı bir ağac olub.
Qeyd edək ki, Danimarka təmsilçisi Soluna Samayı “Bakı Kristal Zalıâ€� səhnəsində bir barabançı, skripkaçı və pianoçu ilə yanaşı, 2 vokalçı da müşayiət edəcək. Müğənninin bek vokalçılarından biri 25 yaşlı Barbara Molekodur. Mozambikdə dünyaya gələn bu ifaçının özünün də kifayət qədər geniş tamaşaçı auditoriyası var.
|