|
Bakının ev sahibliyi edəcəyi 57-ci “Eurovisionâ€� Mahnı Müsabiqəsində Avstriyanı təmsil edəcək “Trackhittazâ€� qrupunun üzvləri Azərbaycana gəlməzdən əvvəl milli mətbəximizlə tanış olublar. “KƏLAMİNFOâ€� müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, qrup Avstriyanın 1994-cü ildə “Eurovisionâ€� Mahnı Müsabiqəsindəki təmsilçisi Petra Freylə Vyanadakı Azərbaycan restoranında milli təamlarımızdan dadıb, hətta qəlyan da çəkib. Petra Frey “Trackhittazâ€� qrupunun ölkələrini gözəl təmsil edəcəklərinə inandığını deyərək, tamaşaçıları bu şoudan zövq almağa səsləyib.
Xatırladaq ki, “Trackchittazâ€� “Eurovision–2012â€�-də “Bakı Kristal Zalıâ€�nda “Woki mit deim popoâ€� mahnısını ifa edəcək. Hazırda onlar Bakı səhnəsindəki çıxışlarına hazırlaşırlar.
|