|
“Eurovision-2012â€� mahnı müsabiqəsi ilə bağlı işlər planlaşdırılan proqram üzrə həyata keçiriləcək və telekommunikasiya, radio-televiziya verilişlərində, internetdə hər hansı problemlər olmayacaqâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazir bildirib ki, müsabiqə ilə əlaqədar ən mürəkkəb sistem sayılan radio-televiziya sistemi artıq bu gün təhvil verilir. Bundan sonrakı günlər isə müəyyən və ya qeyri-müəyyən, gözlənilməyən problemlərin qarşısının almaq üçün testlərə başlanacaq: “İnternet tamamilə hazırdır və istifadəyə veriləcək. Həmçinin mobil operatorlar üzərinə düşən işləri artıq tamamlayıblar. “Eurovision-2012â€�-nin veb saytı öz normasında işləyir. Bundan sonra bizim əsas vəzifəmiz sistemin dayanıqlılığı və etibarlılığını, həmçinin baş verə biləcək müəyyən kiberhücum problemlərinin qarşısını almaq üçün tədbirlərin görülməsidirâ€�.
|