|
“Hazırda xaricdə təhsil alan 84 Azərbaycan gəncinin maddi və mənəvi qayğıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin üzərindədir. Biz Azərbaycan gənclərinin xaricdə təhsilini dəstəkləyirik və bu istiqamətdə əlimizdən gələni edəcəyikâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə məlumatı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı keçirilən inşa yazı müsabiqəsinin nəticələrinə həsr edilən tədbirdə deyib. Nazir ümid etdiyini bildirib ki, bu gün inşa yazı müsabiqəsində qalib olan şagirdlər gələcək karyeralarında İKT-ni prioritet seçəcək və ona böyük diqqət yetirəcəklər. “Əgər gələcəkdə onların belə seçimi olarsa, biz bunu dəstəkləməyə hazırıqâ€�.
|