|
Fransada bazar günü keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri bəlli olub. Seçkilərin nəticələrinə görə, Fransanın yeni prezidenti 52 faiz səslə sosialistlərin namizədi Fransua Olland olub. “KƏLAMİNFOâ€� “RİA Novostiâ€�yə istinadən xəbər verir ki, onun rəqibi olan sağ mərkəzçilərin namizədi Nikola Sarkozi isə 48 faiz səslə məğlubiyyətə uğrayıb. Qeyd edək ki, Fransanın yeni prezidenti Fransua Olland 1954-cü ildə Fransanın Rouen şəhərində doğulub, siyasi elmlər üzrə təhsil alıb. O, 1979-cu ildə Sosialist Partiyasına üzv olub, 1997-2008-ci illərdə isə bu partiyanın sədrinin birinci müavini kimi fəaliyyət göstərib. 1988-93, 1997-ci illərdə millət vəkili, 2001-2008-ci illərdə isə Tulledə bələdiyyə sədri seçilib.
|