|
Sloveniyaya gedən baş nazir Rəcəb Tayyib Ərdoğan hava limanında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, Ərdoğan Fransadakı seçkilərə münasibət bildirib və bu nəticələrin gözlənilən olduğunu deyib: “Çox mühüm olan şey son ictimai rəy sorğularının nəticələrinin eynilə təsdiqlənməsidir. Bu, çox ciddi uğurdur. Araşdırma tamamilə doğru çıxdıâ€�. Baş nazir Sarkozinin bundan sonra edəcəyi bir şeyin olmadığını söyləyib: “Hər halda tətilə çıxacaq. Çünki özünün verdiyi söz də bu idi ki, siyasətə davam etməyəcəkâ€�.
Ərdoğan Fransadakı yeni dövrün Türkiyə-Fransa əlaqələri baxımından fərqli olmasını, həmrəyliyə yönəlməsini istədiyini deyib: “Yoxsa seçki meydanlarında populist mesajlar bu iqtidarın addımlarında əksini tapacaqsa, bu, Türkiyə-Fransa əlaqələrinə də mənfi təsir edə bilər. Ümid edirəm ki, o mesajlar meydanlarda qalarâ€�.
|