|
“Eurovision–2012â€�nin ən cazibədar xanımı və ən yaraşıqlı kişi təmsilçisi bəlli olub. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu dəqiqləşdirmək üçün Xorvatiyanın eurosong.hr saytı maraqlı səsvermə keçirib və ən cazibədar xanım və yaraşıqlı oğlan təmsilçi müəyyən olunub. Səsvermənin nəticələrinə görə, “Eurovisionâ€� Mahnı Müsabiqəsi 2012-nin ən cazibədar qadın iştirakçısı 42.2%-lə Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou, ən yaraşıqlı kişi təmsilçi isə Almaniya təmsilçisi Roman Lob seçilib. Qeyd edək ki, keçirilən səsvermə nəticəsində xanım təmsilçilər arasında 26.91%-lə Maya Sar (Bosniya və Herseqovina), 14.22%-lə Elena İonescu (Rumıniya), 10.55%-lə İvi Adamou (Kipr), 6.12%-lə Anqun (Fransa), kişi təmsilçilər arasında isə 29.11%-lə Jónsi (İslandiya), 16.66%-lə Kurt Kalleya (Malta), 12.21%-lə Paşa Parfeny (Moldova), 6.57%-lə Ott Lepland (Estoniya) ilk beşlikdə qərarlaşıblar.
|