|
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən veriblər.
Abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat isə www.tqdk.gov.az saytında yerləşdirilib.
|