|
Azərbaycan 27 ölkə ilə hərbi sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair müqavilələr imzalamağa hazırlaşır. “KƏLAMİNFOâ€� Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu günədək Azərbaycan dünyanın 29 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hazırda 27 ölkə ilə analoji sənədlərin imzalanması müzakirə edilir.
İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 300-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilir. Bu tədbirlərə hər il Silahlı Qüvvələrin 1500-dək nümayəndəsi qatılır.
|