|
ABŞ prezidenti Barak Obama Əfqanıstana səfər edib. Səfər “Əl-Qaidəâ€� lideri Üsamə Bin Ladenin öldürülməsinin birinci ildönümünə təsadüf edir. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, Obama NATO-nun döyüş qüvvələrinin 2014-cü ildə Əfqanıstanı tərk etməsindən sonra strateji əməkdaşlıq razılığı imzalayıb. Görüşdən sonra ABŞ dövlət başçısı Amerika xalqına müraciət edib. Prezident deyib ki, “bizim məqsədimiz “Əl-Qaidəâ€�ni tamamilə məhv etməkdir. Biz Əfqanıstan müharibəsini başa vurmaq üzrəyik. 2014-cü ildə koalisiya qüvvələrini Əfqanıstanı tərk etməsindən sonra Əfqanıstanın təhlükəsizlik qüvvələri məsuliyyəti öz üzərinə götürəcək. Biz Əfqanıstanda müstəqil fəaliyyət göstərməyə qadir olan bir orduya nail olmuşuqâ€�.
Barak Obamanın Əfqanıstan səfəri 7 saat sürüb.
|