|
Qüdsdə İsrailin “Eurovisionâ€� Mahnı Müsabiqəsi üzrə milli yayımçısı “İBAâ€� telekanalının Avropa Yayımları Birliyinə (EBU) üzvlüyünün 40 illiyinə həsr olunan xüsusi konsert keçirilib. “KƏLAMİNFOâ€� Eurovision.az saytına istinadən xəbər verir ki, tədbir Qüds Teatrında keçirilib.
Xatırladaq ki, 1998-ci ildə “Eurovisionâ€� Mahnı Müsabiqəsi məhz bu məkanda keçirilib. Tədbir “Eurovisionâ€� Mahnı Müsabiqəsinin himninin səsləndirilməsi ilə başlayıb. Yubiley tədbirində ölkənin opera müğənniləri, həmçinin İsrailin müxtəlif illərdəki “Eurovisionâ€� təmsilçiləri - Ilanit (1973), Izhar Cohen (1978), Dana International (1998, 2011) çıxış edib.
Müxtəlif illərdə İsraili bu müsabiqədə təmsil edən iştirakçılar “Eurovisionâ€� səhnəsində ifa olunan mahnıları səsləndiriblər. Konsertdə “Eurovisionâ€� mahnıları ölkənin vokalçılarının ifasında klassik üslubda səslənib. Tədbirin sonunda bütün iştirakçılar “Halleljah of Galy Ataryâ€� mahnısını birgə ifa ediblər.
Qeyd edək ki, İsrail “Eurovisionâ€� Mahnı Müsabiqəsində 40 il təmsilçiliyi ərzində üç dəfə qalib olub.
|