|
“AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasser adi bir fərddir, vətəndaşdır. O, nə Almaniyanın maraqlarını ifadə edir, nə də alman xalqının və nə də Avropa Şurasınınâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
O qeyd edib ki, K.Ştrasserin Azərbaycan əleyhinə, Bakıda keçirilən “Eurovisionâ€� mahnı müsabiqəsinin əleyhinə dediyi fikirlər cəfəngdir. “Hamı əmin olsun ki, bu mahnı müsabiqəsi Bakıda yüksək səviyyədə keçiriləcək və buna heç kimin şübhəsi olmasınâ€� - deyə Z.Əsgərov vurğulayıb. Vitse-spiker deyir ki, kimlərsə istəyir bəzi şəxsi məsələlərini gətirib Azərbaycanda şou yaratsın və yaxud özlərini digər dövlətlərin diqqətinə çatdırsın. “Bütün bunlar tamamilə mənasızdır, onların bu yersiz cəhdləri baş tutmayacaqâ€� - deyə o əlavə edib.
|