|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasıâ€�nın final mərhələsi keçirilib. RİTN-dən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib. Finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.
İTİ-də təşkil olunmuş final mərhələsində Qafqaz Universitetinin “Qafqaz Programmersâ€� komandası 1-ci yerə, Bakı Dövlət Universitetinin “Norbertâ€� komandası 2-ci yerə, Qafqaz Universitetinin “Baku Qafqaz U4â€� və “Baku Qafqaz U7â€� komandaları isə müvafiq olaraq 3-cü və 4-cü yerə layiq görülüblər.
Qaliblər RİTN tərəfindən təşkil ediləcək 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Olimpiadanın sponsorlarının (“Azerfonâ€� və “BestComp Groupâ€� şirkətlərinin) təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
|