|
Bu vaxta qədər Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu üç plagiat iş aşkarlayıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə açıqlamanı EİF-nin icraçı direktoru Elçin Babayev deyib.
E.Babayev bildirib ki, plagiat işlər aşkarlanan zaman və bununla bağlı aparılan müzakirələr o qədər gərgin keçib ki, bəzi alimlər anonimlik şərtini pozmağa da razılı olub, öz adlarının göstərilməsini istəyiblər: “Biz belə elmi forumlarda etik normaları gözləməyə çağırırıq. Hətta belə polemikalarda alimlərdən biri qarşı tərəfə bir neçə bəndlik şeirlə cavab vermişdiâ€�.
E.Babayev onu da deyib ki, elm sahəsində hüquq pozuntusu halları o qədər çox deyil: “ Hansısa mübahisəli məsələ çıxarsa, bu məsələnin sona qədər araşdırılması üçün Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlıq etməyə hazırıqâ€�.
İcraçı direktor, Fondun çox güclü elektron məlumat bazasının yaradıldığını vurğulayıb: “Baza zənginləşdikcə biz daha yaxşı izləyə bilirik ki, hansı layihə bizdən başqa hansısa fonda təqdim edilib, yaxud işlənmiş mövzulardır. Biz belə layihələri dərhal müsabiqədən uzaqlaşdırırıqâ€�.
|