|
Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, onun dövlət başçısı olduğu dövrdə Rusiya vətəndaş azadlıqlarının inkişaf planında xeyli irəliləyib. “KƏLAMİNFOâ€� xəbər verir ki, beş telekanala müsahibəsində prezident «kiməsə bu proses kövrək, kiməsə həddini aşmış kimi görünə bilər» deyib. “Lakin mənim qənaətimcə, biz irəliyə doğru getmişik və çox ciddi şəkildəâ€� - deyə o əlavə edib. Medvedyev təklif edib ki, müxtəlif meydanlara çıxan insanların mövqeyi ilə maraqlanılsın.
|