|
Finlandiyanın 57-ci “Eurovisionâ€� Mahnı Müsabiqəsindəki təmsilçisi Pernilla Karlsson yazda iki mühüm yarışda iştirak edəcək. Onlardan biri idman, digəri isə musiqi ilə bağlıdır. Həndbol üzrə milli yığmanın üzvü “Eurovisionâ€�la yanaşı, bu il həm də Finlandiyada həndbol üzrə çempionatda yarışacaq. Hər bir hərəkətində qardaşını nümunə götürən Pernilla Karlsson idmana gəlişini belə xatırlayır: “15 il bundan əvvəl qardaşımın ardınca mən də həndbol oynamağa başladım. İdman mənim üçün çox vacibdir. Həyatımı əlimdə top olmadan təsəvvür etmirəm. Digər tərəfdən musiqisiz də yaşaya bilmərəmâ€�.
Pernilla həm idman, həm də musiqi sahəsində əsas tərəf müqabilinin qardaşı olduğunu söyləyir. Finlandiya təmsilçisi hazırda həm “Eurovisionâ€� şousuna hazırlaşır, həm də gündəlik həndbol məşqlərində iştirak edir.
Qeyd edək ki, Finlandiya təmsilçisi “Bakı Kristal Zalıâ€�nın səhnəsinə mayın 22-dəki birinci yarımfinalda 9-cu çıxacaq.
|