|
Azərbaycanda cari tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirilib. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
TQDK sədri qeyd edib ki, ilk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcək. “İyulun 14-də I, iyulun 20-də IV, iyulun 27-də isə II ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirilməsi planlaşdırılır. Qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişiklər ediləcək. Bununla bağlı əlavə məlumat yaxın günlərdə elan ediləcəkâ€� - deyə M.Abbaszadə vurğulayıb. Qeyd edək ki, əvvəlki cədvələ əsasən, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçirilməli idi.
|