|
“Gələn ay Bakıda keçiriləcək “Eurovision–2012â€� Mahnı Müsabiqəsi ərəfəsində paytaxt məktəblərində dərslərin dayandırılması gündəmdə deyilâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
O qeyd edib ki, belə bir qərar gözlənilmir. “Hesab edirəm ki, belə bir zərurət yoxdur. Çünki bu müsabiqə Bakının müəyyən bir hissəsində keçiriləcək və o ərəfədə də demək olar ki dərslər başa çatmaq üzrə olacaq. Ona görə də hesab edirəm ki, dərslərin yarımçıq dayandırılmasına ehtiyac yoxdurâ€�-deyə o əlavə edib.
|