|
Bu gündən ali məktəblərə sənəd verən abituriyentlərin elektron ərizələrinin təsdiqlənməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, qaydalara uyğun olaraq abituriyentlər elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
Ərizələrini qeyd olunan müddət ərzində SQK-da təsdiq etdirməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar.
Qeyd edək ki, 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu aprelin 10-dan başlayıb və mayın 16-dək davam edəcək.
|