|
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra ölkələrlə imzalanmış fərdi tərəfdaşlıq proqramları və NATO ilə əməkdaşlıq çərçivəsində keçiriləcək tədbirlərə qatılacaqlar.
Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Bu gündən aprelin 20-dək Varşavada Polşa Milli Müdafiə Universitetində təcrübə mübadiləsi, aprelin 16-dan 27-dək Niderlandın Brunsum şəhərində Açılan birgə qüvvələrin qərargah təlim kursu, aprelin 16-dan 20-dək Niderlandda Mülki-hərbi əməkdaşlıq üzrə funksional mütəxəssis kursu, İtaliyanın Roma şəhərində Ali zabitlər üçün keçiriləcək kurs çərçivəsində “Tərəfdaşlar üçün tanışlıq kursuâ€�, aprelin 16-dan 27-dək Ankarada Qərargah zabitləri üçün Maddi-Texniki Təchizat ilə tanışlıq kursu, aprelin 17-dən 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə SNT konsorsiumunun terrorizmə qarşı mübarizə üzrə İşçi qrupunun yaz sessiyası, aprelin 17-dən 19-dək Qətərin paytaxtı Doha şəhərində «Yırtıcı şahin-3» təliminin 1-ci baş toplantısı, aprelin 23-dən 27-dək Bakıda Beynəlxalq humanitar hüquq üzrə təlim kursu, aprelin 23-dən 27-dək Brüssel və Mons şəhərlərində Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu, aprelin 24-dən 27-dək İtaliyanın Neapol şəhərində Əməliyyat İmkanları Konsepsiyası işçi qrupunun görüşü keçiriləcək.
Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən aprelin 16-dan 20-dək Almaniyanın Leer şəhərində “Tibb xidmətiâ€� mövzusunda işçi görüşü, aprelin 16-dan 20-dək Bakıda “Silahlı Qüvvələr demokratiya şəraitindəâ€� mövzusunda seminar, Azərbaycan-ABŞ iş planına əsasən aprelin 25 və 26-da Bakıda Müdafiə Nazirliyi ilə Parlament arasında əlaqələr sahəsində növbəti seminar, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 26 və 27-də Bakıda əməliyyatlar təcrübəsinin öyrənilməsi, analizi, qazanılmış təcrübələrin proqramlarda tətbiq edilməsi məqsədilə məlumat bazasının yaradılması və standartlaşdırma məsələləri üzrə ekspert görüşü keçiriləcək.
|