|
Bu ilin 26-27 sentyabr tarixlərində Bakıda Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (İnternational Project Management Association - IPMA) Direktorlar Şurasının toplantısı keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasından (AzPMA) veriblər.
Bu qərar İspaniyanın Valensiya şəhərində IPMA Direktorlar Şurasının növbəti iclasında qəbul olunub. İclasda 54 ölkənin nümayəndə heyəti iştirak edib. IPMA-ya MDB ölkələrindən yalnız Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstan daxildir. Valensiyada təşkil olunan iclasda Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafı, həyata keçirilən layihələr və dövlət proqramları haqqında və irimiqyaslı beynəlxalq tədbirlərin ölkədə keçirilməsi üçün infrastrukturun inkişafı ilə bağlı geniş məlumat verilib və qısa film təqdim edilib.
|