|
Avronest PA-nın İqtisadiyyat komitəsinin iclası bu il Azərbaycanın Qəbələ şəhərində keçirilə bilər. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə qurumun bu gün Bakıda keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov bildirib. O qeyd edib ki, artıq Azərbaycan bununla bağlı Assambleyaya rəsmi təklif də ünvanlayıb.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Avronest PA-nın Sosial məsələlər komitəsinin iclasının da 2013-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı təklif irəli sürüb.
|