|
Saxta diplomların araşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Bu barədə məlumatı təhsil naziri Misir Mərdanov söyləyib.
Bu tədbirlərin çox ağır iş olduğunu diqqətə çatdıran M.Mərdanov araşdırmaların bölgələrdə aparıldığını söyləyib: “Məqsədimiz odur ki, Azərbaycan vətəndaşlarının saxta diplomu olmamalı və belə adamlar məktəblərdə çalışmamalıdır. Saxta diplomu olanlar hansı düzgünlük və təhsildən danışa bilər?â€� deyən nazir araşdırmaların bundan sonra da davam etdiriləcəyini qeyd edib.
|