|
“Facebookâ€� sosial şəbəkəsi “Yahoo!â€� şirkətinə qarşı qarşılıqlı iddia qaldıraraq əvvəllər patent hüququnun pozulması ilə bağlı səsləndirilən iddialara cavab verib. “KƏLAMİNFOâ€� xəbər verir ki, iddiada “Facebookâ€� “Yahoo!â€�nu sosial şəbəkəyə məxsus bir sıra patentlərin pozulmasında ittiham edib. Sosial şəbəkə nümayəndələrinin fikrincə, “Yahoo!â€�nun əsas səhifəsi və orada yerləşdirilən reklam, xəbərləri istifadəçilərin maraqlarına uyğun seçən C.O.R.E. texnologiyası, eləcə də şirkətə məxsus populyar “Flickr fotohostinqâ€�i “Facebookâ€�un patent hüquqlarını pozur.
İki şirkət arasında patent mübarizəsi 2012-ci il fevralın sonunda – “Yahoo!â€� “Facebookâ€�u özünün 10 patentinin pozulmasında ittiham etdikdən sonra başlayıb. İki həftə sonra şirkət sosial şəbəkəni məhkəməyə verib. İddialarda internet-reklamın göstərilməsi, mətnli məlumatların ötürülməsi, sosial şəbəkələrdə şərhlərin edilməsi texnologiyası yer alıb. “Facebookâ€� bu ittihamları rədd edir.
|