|
Abituriyentlər imtahan nəticələrini “NAR Mobileâ€� mobil operatoru vasitəsilə də öyrənə biləcəklər. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya TQDK-dan veriblər.
Sınaq və qəbul imtahanlarının nəticələrini TQDK-nın internet saytı ilə yanaşı mobil telefon xidməti vasitəsilə də öyrənmək mümkündür.
Artıq nəticələr elan olunduqda “Azercellâ€� və “Bakcellâ€� şirkəti ilə yanaşı, “Nar Mobileâ€� mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə "İmtahan-Info" xidməti vasitəsilə imtahan nəticələrini öyrənə biləcəklər. Xidmət Azerfone MMC-nin servis və məzmun təminatçısı olan “Azericomâ€� MMC-nin texniki dəstəyi ilə həyata keçirilir.
|