|
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. “KƏLAMİNFOâ€�nun məlumatına görə, iclasda komitə sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 14 qanuna əlavə və dəyişikliklər daxildir. O qeyd edib ki, dəyişikliklər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqındaâ€� qanunun qüvvəyə minməsi ilə əlaqədardır. Daha sonra gündəliyə daxil olan məsələlər barədə məlumat verilib. Bildirilib ki, qeyd olunan qanunun qüvvəyə minməsi ilə əlaqədar Torpaq Məcəlləsi, Meşə Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi, Mənzil Məcəlləsi, “Torpaq icarəsi haqqındaâ€�, “Qiymətləndirmə fəaliyyəti haqqındaâ€�, “Torpaq bazarı haqqındaâ€�, “Su təchizatı və tullantı suları haqqındaâ€�, “Avtomobil yolları haqqındaâ€�, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqındaâ€�, “Dövlət rüsumu haqqındaâ€�, “Daşınmaz əmlakın dövlət reyestri haqqındaâ€� qanunlara dəyişikliklər edilməsi təklif olunur.
Daha sonra qanun layihələri parlamentin plenar sessiyasına tövsiyə olunub.
|