|
Gələn həftə Avropa Parlamentinin 37 üzvündən ibarət nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya Avropa İttifaqının Azərbaycan nümayəndəliyindən veriblər. Nümayəndə heyətinə Kristian Vigenin rəhbərlik edəcək.
Səfərdə məqsəd aprelin 2-4-ü tarixlərində Bakıda keçiriləcək “Avronestâ€� PA-nın plenar sessiyasında iştirak etməkdir.
Qeyd edək ki, “Şərq əməkdaşlığıâ€�nın üzvü olan ölkələrin Parlament Assambleyası - “Avronestâ€�in plenar sessiyası Bakıda keçiriləcək.
“Avronestâ€� PA Avropa Birliyinin “Şərq Tərəfdaşlığıâ€� proqramının iştirakçısı olan ölkələr – Azərbaycan, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistan təmsilçilərini birləşdirir.
|