|
Sabah millət vəkili Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Parisə yola düşəcək. Bu barədə məlumatı “KƏLAMİNFOâ€�ya parlamentdən veriblər.
İclasda “İqtisadi və maliyyə böhranlarından sonra normal yaşayış üçün təqaüdlərin müəyyən edilməsiâ€�, “Vergi ilə bağlı siyasətin formalaşmasıâ€�, “Maliyyə əməliyyatlarında sosial ədalətin bərpasıâ€�, “Orqan alverinə qarşı mübarizə üçün Avropa Konvensiyasına doğruâ€� mövzuları ətrafında fikir mübadiləsi aparılacaq, komitənin işçi proqramı və gələcək prioritetləri müəyyənləşdiriləcək. S.Fətəliyeva iclasda qaldırılacaq məsələlərə öz münasibətini bildirəcək. Səfər çərçivəsində deputat Ətraf mühit və enerji məsələləri, Sosial və iqtisadi hüquqlar, İctimai sağlamlıq üzrə alt komitələrin toplantılarına qatılacaq.
Səfər martın 25-də başa çatacaq.
|