|
Sınaq imtahanları əsas və təkrar olmaqla mərhələli şəkildə aparılacaq. “KƏLAMİNFOâ€� xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bu haqda məlumat verilib. Onun sözlərinə görə, əsas sınaq imtahanı aprelin 8 və 22-də, təkrar sınaq imtahanları isə aprelin 15-i və 29-da keçiriləcək.
Qeyd edək ki, mayın 6-da da əsas sınaq imtahanı keçiriləcək, amma mayın 20-də keçiriləcək təkrar sınaq imtahanı isə Bakıda deyil, yalnız regionlarda təşkil ediləcək. İyunun 3-ü və 10-da əsas sınaq imtahanları keçiriləcək.
|