|
“Tarixâ€� və “Biologiyaâ€� dərsliklərindəki səhvlərlə bağlı Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmiləri, eləcə də dərslik müəllifləri və ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu məlumatı TQDK sədri Məleykə Abbaszadə verib. Sədrin sözlərinə görə, dərsliklərlə bağlı yaranmış problem artıq həll olunub: “TQDK-nın dərsliklərdəki səhvlərlə bağlı səsləndirdiyi iraddan sonra Təhsil Nazirliyi bu il çap ediləcək “Tarixâ€� dərsliklərindəki nöqsanları aradan qaldırmalarına söz veribâ€�.
M.Abbaszadə belə bir nəticəyə görə şad olduğunu vurğulayıb: “Bizim əsas işimiz odur ki, təhsil sistemində birgə uğur əldə etmək üçün bir-birimizin tədqiqatlarının nəticələrindən faydalanaqâ€�.
Xatırladaq ki, “Biologiyaâ€� dərsliklərindəki səhvlərə gəldikdə isə TQDK sədri bildirib ki, bu gün Təhsil Nazirliyi ilə bu dərslikdəki səhvlərlə bağlı müzakirələr aparılır: “Mən əminəm ki, bu dərslikdə də tərəfimizdən göstərilən səhvlərin aradan qaldırılması istiqamətində işlər aparılacaqâ€�.
|