|
Sabah Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. “KƏLAMİNFOâ€� xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar, İstanbul Universitetinin prorektoru Əhməd Cavad Acar, “Türk Ocaqlarıâ€� İstanbul şöbəsinin başqanı Cezmi Bayram, həmçinin digər ziyalılar və qardaş ölkənin tanınmış media təmsilçiləri daxildir.
Səfər çərçivəsində nümayəndə heyəti Bakıda “Türk Ocaqlarının 100 illiyi: Türk dünyasının dünəni, bu günü, sabahıâ€� adlı konfransda iştirak edəcək. Konfrans martın 13-dən 16-dək Atatürk Mərkəzində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutuâ€� İctimai Birliyi, Qafqaz Universiteti və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə keçiriləcək.
Qeyd edək ki, bu il Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən ən böyük ictimai təsisatlardan olan “Türk Ocaqlarıâ€� Dərnəyinin yaranmasının 100 ili tamam olur.
Nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər də keçirməyi planlaşdırır.
|