Ötən ildə azərbaycanlılarla əcnəbilər arasında bağlanılan nikahların sayı artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin (VVARX) rəisi Reyhanə Kərimova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycan vətəndaşı olan 1720 qız əcnəbilərlə nigaha girib.
R.Kərimova əvvəlki illərlə müqayisədə əcnəbilərlə nikah bağlayan azərbaycanlıların sayında artım olduğunu söyləyib. O, qeyd edib ki, Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar. “Faktlara nəzər salanda görmək olar ki, beynəlmiləl nikaha isti münasibət bəsləyən müasir azərbaycanlılar sevib-sevdiyi əcnəbi oğlanların dili, dini, irqinə fərq qoymayıblar. Əcnəbilərə ərə gedən azərbaycanlı qadınlar daha çox türklərlə izdivac bağlayıblar. Azərbaycanlıların xoşbəxt etdiyi əcnəbilərin sırasında İran, Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları da var”-deyə, R.Kərimova vurğulayıb.
|