|
2011-ci ildə poçt markalarının əsas mövzuları açıqlanıb. “KƏLAMİNFOâ€� “İCTnewsâ€�ə istinadən xəbər verir ki, bunlar “Rabitə Bakıâ€� voleybol klubu - FİVB klublararası dünya çempionuâ€�, “Azərbaycanda telefon rabitəsinin yaranmasının 130 illiyiâ€�, “Abbas Zamanovun 100 illiyinə həsr olunmuş markaâ€�, “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüâ€�, “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına namizədliyi 2012/2013â€� olub. Bundan başqa, keçən il markalar “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümüâ€�, “Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 20 illiyiâ€�, “Rabitə sahəsində Regional Əməkdaşlıq təşkilatının yaradılmasının 20 illiyiâ€�, “Nizami Gəncəvinin 870 illiyiâ€� kimi mövzulara həsr olunub.
2011-ci ildə “Gömrük Muzeyinin xəzinəsiâ€�, “Azərbaycan Respublikasının Ordenləriâ€�, “Eurovision-2011â€�, “Azərbaycan Respublikasının Avropa Şurasına qoşulmasının 10 illiyiâ€� adı ilə markalar da dövriyyəyə buraxılıb. Ötən ilin “Tematik planıâ€�nda “İnsanın kosmosa ilk uçuşunun 50 illiyiâ€�, “Qarabağ atlarıâ€�, “İtlərâ€�, “İlanyeyənâ€�, “Payızgülüâ€�, “Avropa 2011. Meşələr. Bukletâ€� kimi mövzular da üstünlük təşkil edib.
Azərbaycanda poçt markalarına tələbat gündən-günə yüksəlir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarkaâ€� şirkətinin baş redaktoru Riad Ələkbərov bildirir ki, buna səbəb respublikadan göndərilən və yazılan məktubların sayının hər gün artmasıdır. R.Ələkbərov qeyd edir ki, “Azərmarkaâ€� şirkətinin dövriyyəyə buraxdığı markalar əsasən poçt üçün nəzərdə tutulur: “Bizdə Filateliya köşkü var. Filatelistlər bunu ayrı alırlar. Amma markaların əsas istiqaməti poçt üçündür. Bu markalar həmişə məktublarda istifadə olunur və elə bu məqsədlə də buraxılır. Hazırda respublika daxilində, eləcə də ölkədən kənarda markalara tələbat daim artırâ€�.
Qeyd edək ki, Azərbaycan suveren dövlət kimi ilk dəfə olaraq poçt markalarını 1919-cu ilin oktyabr ayında buraxmağa başlayıb. Bu dövr 4 bədii rəsmlə işlənmiş 10 bədii marka ilə təmsil olunur. Markaların üzərində insan əməyindən və fəaliyyətindən bəhs edən süjetlər, memarlıq abidələri kimi təsvirlər yer alıb.
|