|
Turizm sahəsində 3 milyard dollara yaxın vəsait dövriyyədə saxlanılır. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm iliâ€�nin yekunlarına həsr olunan kollegiya iclasında deyib.
Nazir bildirib ki, Azərbaycana gələn turist orta hesabla 700 dollar xərcləyir: “Ölkəyə il ərzində 2 milyondan çox turistin gəldiyini nəzərə alsaq, büdcəyə 1,5 milyard dollar vəsait turistlərin hesabına daxil olur. Bu qədər vəsait də daxili turizmin potensialında möcvuddur. Azərbaycan turizmi 3 milyard dollara qədər vəsaiti dövriyyədə saxlayırâ€�.
Ə.Qarayev bildirib ki, xaricdən gələn insanların sayının artım tempi Ümumdünya Turizm Təşkilatının orta göstəricilərindən üstündür. Onun sözlərinə görə, ötən il Azərbaycana gələn turistlərin sayında 14 faiz artım qeydə alınıb: “Gözləyirik ki, bu il bizim üçün daha uğurlu olacaq. Çünki bu il Azərbaycanda “Eurovisionâ€� mahnı müsabiqəsi və digər mühüm təbirlər keçiriləcək. Bunun nəticəsində Azərbaycana gələn insanların sayı artacaqâ€�.
Nazir qeyd edib ki, hazırda ölkədə 50-yə yaxın yeni mehmanxana inşa olunur.
|