|
Gənc Tamaşaçılar Teatrının kollektivi sənətsevərlər qarşısına yeni tamaşa ilə çıxacaq. Sənət ocağından “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, yaradıcı heyət “Buzovna kəndinin əhvalatlarıâ€� tamaşası üzərində məşqləri başa çatdırıb. Sabah saat 15:00-da səhnə əsərinə ictimai baxış keçiriləcək. “Buzovna kəndinin əhvalatlarıâ€� xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı novellaları əsasında səhnələşdirilib. Tamaşaya xalq artisti, rejissor Cənnət Səlimova quruluş verib.
“Buzovna kəndinin əhvalatlarıâ€� əsərinin süjet xətti elə kənd hadisələri üzərində qurulub. Bakı kəndlərinin ab-havasını qoruyub saxlayan tamaşada əsas rolları Sərvər Əliyev, Elşən Rüstəmov, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Nübar Novruzova, Nəsibə Eldarova canlandırır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın premyerası fevralın 18-də və 19-da saat 19:00-da olacaq.
|