|
“Azərbaycan Respublikası adının Şimali Azərbaycan adlandırılması məsələsi diqqətlə düşünülməlidirâ€�. Bunları “KƏLAMİNFOâ€�ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Millət vəkili deyib ki, bu kifayət qədər ciddi bir məsələdir və böyük tarixi məsuliyyət tələb edir. “Ümumiyyətlə bizdə terminologiya məsələləri bir gün ciddi müzakirə olunmalı və bunlar dəqiqləşdirilməlidir. 1991-ci ildə, Azərbaycanın müstəqilliyinin bərpası zamanı bu “Şimali Azərbaycanâ€� məsələsi dilə gətirilmişdi. Prinsipial yanaşsaq, bura doğrudan da Şimali Azərbaycan ərazisidir və bu dövlət də əslində “Şimali Azərbaycanâ€� adlandırılmalı idi.
Amma artıq iyirmi ildir dünya bizi Azərbaycan dövləti kimi tanıyır və bizim belə tanınmağımız heç də Cənubi Azərbaycan mövzusunu, İrandakı altı Azərbaycan ostanının mövcudluğunu inkar etmir. Bu artıq bizim şüurumuzda həkk olunubâ€�-deyə S.Rüstəmxanlı vurğulayıb. Onun sözlərinə görə, istənilən halda Azərbaycanın parçalanmış bir xalq olduğunu bildirmək baxımından indiki respublikanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur. “Amma indiki vaxta buna nə dərəcədə ehtiyac var və bu necə edilməlidir kimi məsələlərin bir az müzakirəsi daha yaxşı olardıâ€�-deyə o əlavə edib.
|