|
“ABŞ-Ermənistan münasibətlərində prioritetlərin dəyişilməsi müşahidə olunur. Həm ABŞ, həm də Ermənistan rəsmiləri hal-hazırda ABŞ-la Ermənistan arasındakı münasibətləri tarixi maksimum səviyyədə təqdim edirlər. Amma bəzi məsələlər ilk baxışdan izah olunmaz qalırâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, Ermənistan ABŞ-la münasibətlərin səviyyəsinin ən maksimum olduğunu bildirdiyi vaxtda, ABŞ-ın “erməni soyqırımıâ€� məsələsinə dəstək vermədiyi aşkarlandı, ABŞ prezidenti B.Obama erməni lobbiçilərinin konqresmenlərə təsirini azaltmaq istiqamətində konkret fəaliyyətə başladı, dövlət katibi H.Klinton “erməni soyqırımıâ€�nın tanınmasına xoş münasibətinə görə Fransanı tənqid etdi: “Belə vəziyyətdə ermənilərlə ABŞ-ın tarixi maksimum səviyyədə olan münasibətlərinin mahiyyətini araşdırmaq zərurəti yaranır. Belə ki, bu, təkcə ABŞ-ın Ermənistana “Minilliyin Çağırışıâ€� proqramının ikinci hissəsini ayırmaqla bağlı verdiyi vədlə əlaqəli ola bilməz. Bu işin kökü ABŞ-Ermənistan hərbi əlaqələrindədir. Ehtimal ki, ABŞ Ermənistan rəhbərliyinin təhlükəsizliyinin hərbi yolla təmini istiqamətində mühüm addımlar atıb. ABŞ-ın Ermənistandakı səfirliyinin binası parametrlərinə görə dünyanın ikinci (Misirdəki səfirliyin binasından sonra) ən böyük ABŞ səfirliyidir. ABŞ-ın Ermənistandakı səfirliyinin binası tikilərkən orada 400 “dəniz pişiyininâ€� qalması və təlim keçməsi üçün şərait yaradılıb. Görünür, 400 xüsusi təlim görmüş “dəniz pişiyiâ€�nin orada olması Rusiyanın Ermənistandakı hərbi bazasının Ermənistan rəhbərliyinə təzyiqini neytrallaşdırmaq məqsədi daşıyırâ€�. Politoloq bildirib ki, ekstremal vəziyyətlərdə sayı 1200-ə çatdırıla bilən “dəniz pişikâ€�ləri Ermənistanla İran arasındakı nəzarətsiz ərazilərdən keçməklə İran ərazisində özlərinə xarakterik müəyyən əməliyyatlar da yerinə yetirə biləcək gücdədir və bu Ermənistana gələcəkdə əlavə dividentlər vəd edir. Ona görə ABŞ rəhbərliyi “erməni soyqırımıâ€�nın əleyhinə çıxdığı dövrdə Ermənistan ABŞ-la münasibətlərinin bütün tarix boyu ən yüksək səviyyədə olduğu bəyanatını verir.
|