|
Avropadakı elmi mərkəzlərin doktoranturalarında təhsil almaları ilə bağlı gənc alimlərin xarici ölkələrə göndərilməsi prosesi davam etdiriləcək. Bu barədə açıqlamanı “KƏLAMİNFOâ€�ya müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov deyib.
Gənclərin xaricə göndərilməsinin onların da maraqlarında olduğunu diqqətə çatdıran A.Həşimov bu məsələnin reallaşması üçün bir sıra şərtlərin olduğunu qeyd edib: “Göndərdiyimiz yerdə, yaxud gənc alimlərin özləri qazandığı xarici elm ocaqlarında onlar üçün şərait yaradılmalıdır.
Bundan başqa, Akademiyanın maliyyə imkanları buna imkan verməlidirâ€�. A.Həşimovun sözlərinə görə, buna baxmayaraq, elə tədqiqat işləri var ki, ona görə xaricə gənc alim göndərmək vacibdir: “Məsələn, elə tarixçilər var ki, onlar gedib dünyanın hər hansı bir ölkəsinin arxivində işləməlidir. Elələri var ki, ekspedisiyaya, kitabxanalara getməlidir. Bunun üçün də biz şərait yaratmalıyıqâ€�.
Akademik deyib ki, xaricdə doktorantura təhsili almaq üçün müraciətlər var: “Çalışacağıq ki, bu il də göndərəkâ€�-deyən A.Həşimov sayın dəqiq məlum olmadığını söyləyib. Onun sözlərinə görə, çalışacaqlar ki, gənc alimlər tələbat olan sahələrə göndərilsin.
Qeyd edək ki, prezident İlham Əliyevin 2010-cu ildə “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqındaâ€� sərəncam imzalayıb. Məqsəd ölkədə elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirməkdir.
|