|
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 2-də Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə “KƏLAMİNFOâ€�ya BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Əsirə bir “qızıl xaçâ€� məktubu çatdırılıb, ondan isə bir “qızıl xaçâ€� məktubu alınıb. Görüş barədə əsirin ailəsinə məlumat verilib.
Xatırladaq ki, bu günlərdə Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.
|