|
“Əgər 1915-ci ildə ermənilərin Anadoludan deportasiyasının tarixi və elmi cəhətdən “soyqırımıâ€� olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcəkâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunu Türkiyənin dövlət naziri Egemen Bağış “Al Jazeeraâ€� kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu hadisələrin soyqırımı olub-olmamasını sübut etmək üçün ilk növbədə onları obyektiv olaraq tədqiq etmək lazımdır. E.Bağış bildirib ki, erməni hakimiyyəti öz arxivlərini açmaqdan imtina edirsə, deməli, öz tarixləri ilə üzləşmək üçün kifayət qədər cəsur deyillər. O, Türkiyə tərəfinin Ermənistana hər iki tərəfin arxiv sənədləri açaraq, tarixçilərdən ibarət birgə komissiya yaratmaq barədə təklifinə ermənilərin rədd cavabı verdiyini xatırladıb: “Təəssüf ki, erməni hakimiyyətinin bu təklifi qəbul etməyə cəsarəti çatmırâ€�.
|