|
Küveytdəki vaxtından qabaq parlament seçkilərini islamçıların başçılıq etdiyi müxalifət udub. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, 50 yerlik parlamentdə 34 yeri müxalifət qazanıb. Liberal hesab olunan namizədlər seçkilərdə uduzublar, qadın namizədlər heç bir yer qazana bilməyiblər. Bundan əvvəlki parlamentdə 4 qadın deputat var idi.
Müxalifət seçkilərə korrupsiya ilə mübarizə şüarı ilə gedirdi. Küveytdə bütün nazirləri hakim ailə təyin edir. Ancaq parlament nazir təyinatlarına nüfuz edə bilər.
|