|
Bu gün Milli Məclisin yaz sessiyasında ilk iclası işə başlayıb. “KƏLAMİNFOâ€� xəbər verir ki, iclasda parlamentin yaz sessiyasını açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, bu sessiyada Milli Məclisi çox gərgin iş gözləyir. O qeyd edib ki, bu sessiyada 2011-ci il büdcə zərfi ilə bağlı və ombudsmanın hesabatı dinləniləcək .
İclasın bugünkü gündəliyinə Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında, Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında, Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqındaâ€� (ikinci oxunuş) qanun layihələri daxil edilib.
|