|
Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü illərdə imtahanlarda iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlərə başlayır. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu barədə məlumatı TQDK-nın mətbuat katibi Elnur Nağızadə verib. Onun sözlərinə görə, seminar-məşğələlərin məqsədi nəzarətçi müəllimləri qəbul imtahanlarının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməkdir: “Seminarlar TQDK-nın Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcəkâ€�.
E.Nağızadə ötən il ali məktəblərə qəbul imtahanlarında iştirak edən 116 nəzarətçinin, 2010-cu ildə keçirilən qəbul imtahanlarında isə 300-dən çox nəzarətçinin təlimat qaydalarını pozduğunu bildirib. Qeyd edək ki, imtahan prosedurlarını daha yaxşı izah etmək üçün seminar məşğələlər 25-30 nəfərlik qruplarda Bakı da daxil olmaqla, əksər bölgələrdə keçiriləcək və aprelin 6-dək davam edəcək.
|