|
ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmisi İran körfəzində İranın balıqçı gəmisini xilas edib. “KƏLAMİNFOâ€� “Lenta.ruâ€�ya istinadən xəbər verir ki, ABŞ hərbi dəniz donanmasının bildirdiyinə görə “USS Abraham Linkolnâ€� təyyarə daşıyan gəmi doqquz İran dənizçisini daşıyan balıqçı gəmisindən fəlakət siqnalı alıb. Amerikalı mühəndislər balıqçı gəmisinin mühərrikinin sıradan çıxan kəmərini təmir edib və gəmi yoluna davam edib.
“Abraham Linkolnâ€� gəmisinin komandiri, admiral Mayk Şumeyker onun komandasında bütün hallarda yardım göstərə biləcək mühəndislər və həkimlərin olduğunu deyib. Bu, bir ay ərzində ABŞ-ın xilas etdiyi üçüncü İran gəmisidir. İki həftə bundan əvvəl ABŞ-ın hərbi gəmisi altı İran dənizçisini, yanvarın əvvəli isə ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmisi Ərəbistan dənizində quldurlar tərəfindən saxlanan 13 İran balıqçısını xilas etmişdi.
|