ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor öz şəxsi və xüsusi nümayəndələrini təyin edib. “KƏLAMİNFO” xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə artırılıb.
ATƏT-in yeni sədri irland diplomat Patrik Mörfini özünün Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edib.
Xatırladaq ki, Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.
|