|
“Jurnalistlər bütün dünyanı gəzir və eyni zamanda həmkarlarımızın yazdıqları məqalələr digər xalqlarda millətimiz haqqında fikir formalaşdırır. Biz tariximizi necə təbliğ eləsək, digər xalqlar da bizi o cür qəbul edəcəklər. Tariximizi olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq bizim vətəndaşlıq borcumuzdurâ€�. “KƏLAMİNFOâ€� xəbər verir ki, bu fikirləri Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası ilə Beynəlxalq Mətbuat Mərkəzinin təşkil etdiyi “Tariximizi öyrənəkâ€� layihəsinin təqdimatında və ilk master-klassında Assosiasiyanın prezidenti Sevil Yusifova bildirib. Azərbaycan tarixinin araşdırılaraq yeni kitabların yazıldığını bildirən S.Yusifova təəssüf ki, tariximizin hələ də açılmayan səhifələri və öyrənilməyən məqamlarının olduğunu bildirib: “Orta məktəb dərsliklərində problemlər var. Dərsliklərdə qüsurların olması insanları çaşdırır və suallar ortaya çıxarırâ€�.
Bu sahədə çoxlu sayda qüsurların olduğunu vurğulayan S.Yusifova qeyd edib ki, bütün bu qüsurlardan doğa biləcək səhvlərin olmaması üçün biz jurnalistlər üçün “Tariximizi öyrənəkâ€� layihəsini həyata keçirməyi labüd bildik.
Qeyd edək ki, bu gün start götürən layihənin ilk master-klassı olaraq “Milli kimliyimizâ€� mövzusu məruzə olunub. Məruzəni magistr-tarixçi Tariyel Faziloğlu edib.
Layihə müddətində jurnalistlərin özlərinin təşəbbüsü ilə çıxış etməsinə də imkan yaradılacaq. Bundan başqa info@womenpress.az elektron poçtuna yazmaqla tariximizin istənilən dövrü və tarixi şəxsiyyətlərimiz haqqında da məlumat əldə etmək mümkündür.
Xatırladaq ki, layihənin növbəti master-klassı “Ermənilərin mənşəyi və Qafqaza gəlməsiâ€� məruzəsi ilə 23 dekabr 2011-ci ildə, saat 11:00-da BMM-in mətbuat zalında keçiriləcək.
|