|
Dekabrın 1-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin Konya şəhərinin Selcuk Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. SAM-dan “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, tədbirdə SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev “Dağlıq-Qarabağ münaqişəsi və onun həlli yollarıâ€�, millət vəkili Fazil Mustafa “Azərbaycan və Türkiyənin erməni problemi və atılacaq birgə addımlarâ€�, APA-nın baş direktoru Vüsalə Mahirqızı “Türkiyə-Azərbaycan münasibətlərində mətbuatın roluâ€�, Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndəsi Rəşad Rəsullu isə “Türkiyə-Azərbaycan arasında iqtisadi əlaqələrâ€� mövzularında məruzələrlə çıxış edəcəklər.
Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan münasibətlərinin ekspertlər səviyyəsində müzakirəsini həyata keçirmək, türk ictimaiyyətini Azərbaycanda gedən son ictimai-siyasi proseslərlə və xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq, həmçinin ali təhsil ocaqları ilə daha sıx əlaqələr qurmaqdır.
|