|
Prezident İlham Əliyev bu gün Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. “KƏLAMİNFOâ€� xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanıb. Ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunub, qapı-pəncərələr, oturacaqlar yenilənib, xidməti otaqlar, zal, səhnə yenidən qurulub. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır. Burada ən müasir havalandırma sistemi qurulub.
Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə dünya şöhrətli korifey sənətkarımız Rəşid Behbudovun təşəbbüsü ilə yaradılıb. Teatrın kollektivi 1988-ci ildən indiki binada fəaliyyət göstərir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
|