|
Bu gün Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Aroka Azərbaycana rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, səfər zamanı Rikardo Armando Patinyo Arokanın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, eyni zamanda, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.
|