|
Bu gün dünya üzrə Azərbaycan xalqının yalnız bir hissəsi müstəqilliyə nail olub, 35 milyonluq Azərbaycan xalqının bir hissəsi isə hələ də cənubda əsarətdədir. “KƏLAMİNFOâ€� xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa bildirib.
O, qeyd edib ki, bu gün o vaxt müstəqilliyə səs verənlərlə səs verməyənləri bir-birindən ayırmaq lazım deyil. “Eyni zamanda çox yaxşı olardı ki, o zaman müstəqilliyin əldə olunmasında əziyyəti olanlara, onların ailələrinə prezident təqaüdü ayrılsınâ€�,-deyə F.Mustafa vurğulayıb. O, həmçinin deyib ki, bu gün müstəqillik tarixindən danışarkən, 1918-20-ci illərdəki hadisələrdən bəhs edərkən Nuru Paşa məsələsinə həssas yanaşmaq lazımdır. “O, Azərbaycanın müstəqilliyinin əsasının qoyulmasında xüsusi çəkisi olan insandır. Ona layiqli qiymət vermək lazımdırâ€�,-deyə o, əlavə edib.
|